Bu gün Atatürk Mərkəzində “Azərbaycan-Türkiyə münasibətlərinin bu günü və gələcəyi: QHT, beyin mərkəzlərinin bu münasibətlərin inkşafında rolu” mövzüsünda konfrans keçirilib.
Tədbirdə çıxış edən Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı bildirib ki, bəlkə də bu toplantı ermənilərlə mübarizədə müdafiə mövqeyindən hücuma keçməyimizin əsasını qoydu: “Hesab edirəm ki, indi biz düşüncədə erməni tərəfə qarşı hucuma keçməliyik”.
E.Eyvazlı Türkiyə mediasının Azərbaycanla bağlı məsələlərə lazımı qədər yer verməməsini də vurğulayıb: “Bu məsələdə İstanbul mediyası ilə Türkiyənin digər bölgələrindəki medi qurumları arasında xeyli fərq var. Bu da ondan ibarətdir ki, İstanbul mediası daha çox Avropa yönümlüdür və bir qədər də kosmopolitdir. Türkiyənin digər bölgələrinin və Ankara mediasının isə Azərbaycanın problemlərinə münasibəti bizi qane edir.
Onu da bildirmək istəyirəm ki, Azərbaycan problemlərinə Türkiyə mediyasından daha çox Türkiyə Böyük Millət Məclisi yanğı ilə yanaşır. Bu mənada biz Tükiyə Böyük Millət Məclisinin üzvü, bu ölkənin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri İsmail Safi fəaliyyətini yüksək qiymətləndirirk”.
Sonra İsmayıl Safiyə PJB-nin “Azərbaycanı beynəlxalq təşkilatlarda fəal təmsil etdiyinə görə” plaketi verilib.
Mail Ağaxanov