Modern.az

Antalya bu il 6 milyon rus turisti gözləyir

Antalya bu il 6 milyon rus turisti gözləyir

4 Mart 2020, 10:35

2020-ci ilin ilk 2 ayında Rusiyadan Türkiyəyə istirahətə gələn insanların sayında 50% artım var.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, yanvar-fevral aylarında Antalyaya 389 min turist gəlib. Bu isə 2019-cu illə müqayisədə 30% artım göstərib. Həmin turistlərdən 103 mini Rusiya vətəndaşlarıdır.

Digər turizm liderləri arasında Almaniya (101 min), Böyük Britaniya (17 min), Polşa (13 min) və İsrail (12 min) yer alıb.  

 

Antalyanın turizm sektoru bu il 6 milyon rus, ümumilikdə, 18 milyon turist gözləyir.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi