Modern.az

Telejurnalistlər Alı Mustafayevlə bağlı xatirələrini danışıblar

Telejurnalistlər Alı Mustafayevlə bağlı xatirələrini danışıblar

Təhsil

13 Aprel 2012, 17:08

Aprelin 13-də AzTV əməkdaşları jurnalist, Milli Qəhrəman Alı Mustafayevin anadan olmasının 60 illiyi münasibətilə onun Şəhidlər Xiyabanındakı məzarını ziyarət ediblər.

Anım mərasimində çıxış edən Sərhəd Qasımov, Telli Pənahqızı, Cavanşir Cahangirov, Akif Cabbarlı və Mirzə Yusif ötən illəri yada salaraq, Alı Mustafayevlə bağlı xatirələrini danışıblar. Alı Mustafayevi peşəkar jurnalist, istedadlı şair, vətənpərvər və həyatsevər insan kimi səciyyələndirən natiqlər onun dünyasını dəyişənə qədər həmişə qaynar ictimai-siyasi hadisələrin mərkəzində fəaliyyət göstərdiyini vurğulayıblar. Alı Mustafayevin xanımı Lalə Mustafayeva həyat yoldaşının xatirəsini unutmayan AzTV rəhbərliyinə və əməkdaşlarına ailəsi adından minnətdarlığını bildirib. Qeyd edək ki, Alı Mustafayev 1952-ci il aprelin 14-də anadan olub, 1991-ci il noyabrın 20-də dünyasını dəyişib.   

Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu