Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Modern.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iclasda "Xəzər Lənkəran" klubunun 6 xalının silinməsi haqda yekun qərar qəbul olunub.
Qərarda deyilib ki, FİFA-nın tələbinə əsasən, Unibank Premyer Liqa yarışlarında “Xəzər Lənkəran” FK-nun cari mövsümdə aktivindən 6 xal çıxarılsın. AFFA-nın bayrağı altında keçirilən bütün yarışlarda çıxış edən klubların nəzərinə çatdırılıb ki, analoji hadisə ilə qarşılaşmamaları üçün FİFA, UEFA, AFFA və Lisenziyalaşdırmanın bütün tələbləri yerinə yetirilməlidi. Lənkəran klubu isə Beynəlxalq İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət etməyə hazırlaşır.