Modern.az

Məktəblərin 50 faizi dezinfeksiya edilib - Nazirlik

Məktəblərin 50 faizi dezinfeksiya edilib - Nazirlik

4 Mart 2020, 13:33

İndiyədək ölkədə 2400 orta məktəb koronavirusla əlaqədar görülən tibbi profilaktik tədbirlər çərçivəsində dezinfeksiya edilib.

 

Modern.az-ın  məlumatına görə, bunu Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov deyib.

 

Onun sözlərinə görə, dezinfeksiya edilən məktəblər ölkədəki bütün məktəblərin demək olar ki, yarısını təşkil edir:

 

“Bu proses qarşıdakı günlər ərzində intensiv şəkildə davam etdiriləcək. Martın 9-dək olan müddət ərzində bu proses tam olaraq yekunlaşacaq”.

 

C.Valehov dezinfeksiya işlərinin digər təhsil müəssisələrində də aparıldığını söyləyib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular