Modern.az

Nazir müavini Prezidentə şikayət yazanları qəbul edib

Nazir müavini Prezidentə şikayət yazanları qəbul edib

Təhsil

13 Aprel 2012, 18:05

Aprelin 13-də əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov Masallı rayonunda həmin rayon və ətraf rayonlar üzrə bir qrup vətəndaşı qəbul edib. Həmin vətəndaşların Azərbaycan Respublikası Prezidentinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinə, Milli Məclisə, Ombudsman Aparatına, həmçinin ayrı-ayrı instansiyalara, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladıqları şikayət ərizələri özlərinin iştirakı ilə araşdırılıb.

Nazirlikdən verilən məlumata görə, araşdırmalar zamanı bir sıra vətəndaşların sosial qanunvericilik barədə məlumatsız olmaları səbəbindən əsassız şikayət ərizələri yazdıqları məlum olub və həmin insanlara qanunvericilik barədə izahatlar verilib. Eyni zamanda, şikayət ərizələrinin bir qismində əksini tapan narazılıqların əsaslı olduğu, yerli strukturların bəzi əməkdaşları tərəfindən bir sıra hallarda vətəndaş müraciətlərinə biganə və səhlənkar münasibət göstərildiyi müəyyən edilib.

Nazir müavini İlqar Rəhimov vətəndaşların haqlı narazılığına səbəb olan hallara yol vermiş əməkdaşlar barədə tədbirlər görülməsi, hər bir vətəndaşın müraciətində qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun və ədalətli həlli ilə əlaqədar müvafiq strukturlara göstəriş verib. Qəbul zamanı yoxsulluq vəziyyətindən çıxmaq üçün potensial imkanlara malik olan ailələr də müəyyən edilib və onların gələcəkdə aktiv sosial müdafiə tədbirlərinə, o cümlədən «Özünədəstək» proqramına cəlb edilmələri qərara alınıb.

2011-ci il və cari ilin ötən dövründə əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov və nazirliyin məsul şəxsləri tərəfindən Oğuz, Şirvan, Göyçay, Şəki, Bakı, Ağcabədi, Yevlax, Masallı, Şabran, Gəncə, Samux, Fizuli, Quba və bir sıra şəhər və rayonlarda, Naxçıvan MR istisna olmaqla, ölkənin bütün bölgələri üzrə ümumilikdə 800 nəfərdən artıq vətəndaş qəbul edilərək onların müraciətləri araşdırılıb.



Modern.az

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu