Modern.az

Azərbaycan jurnalistləri Londona gedirlər

Azərbaycan jurnalistləri Londona gedirlər

13 Aprel 2012, 19:27

Sabah bir qrup azərbaycanlı jurnalistin Londona səfəri başlayır. KİV nümayəndələri Böyük Britaniyada biznes jurnalistikası ilə bağlı yekun təlimdə iştirak edəcək, müxtəlif maliyyə qurumlarında görüşlər keçirəcəklər.

  British Council təşkilatının təşəbbüsü və PAŞA Bankın maliyyə dəstəyi ilə baş tutan səfər zamanı 7 jurnalist dünyanın biznes mərkəzi sayılan Londonda və Kardiffdə müxtəlif tədbirlərə qatılacaqlar. Onlar Avropa Yenidənqurma və İnkişaf Bankı, Uels Milli Kömür Muzeyi, Blaernafon İrs mərkəzi və digər təşkilatlarda olacaqlar. Bir neçə əsrlər boyu Böyük Britaniyanın və Şərqi Avropanın iqtisadiyyatının inkişafında mühüm rol oynayan, dünya maliyyə tarixində ən uğurlu bazar mexanizmlərindən biri olan London birjasına da baş çəkəcəklər.  

Azərbaycanlı yazarlar BBC-n baş ofisi, “The Guardian” qəzetinin redaksiyasında olacaq, Vestminster Sarayına turda iştirak edəcəklər. Səfər aprelin 22-nə qədər davam edəcək. Proqramda “Space” televiziyası, “Azadlıq” və “New Baku Post” qəzetləri, “Azadlıq” radiosu, “Turan” və AzərTAc İnformasiya agentliklərinin əməkdaşları iştirak edəcək.   Xatırladaq ki, Britsih Council biznes jurnalistikası ilə bağlı təlim proqramına ötən ilin mayından start verib. Həmin vaxt mərhələli seçim prosesi nəticəsində 7 jurnalist seçilib. 10 ay ərzində jurnalistlər Tomson Fondunun təcrübəli mütəxəssisi Oliver Uestin Bakıda keçirdiyi  3 təlim kursunda iştirak ediblər. Təlimlər zamanı jurnalistlər Səngəçal terminalına səfər ediblər, Statoil, Paşa Bank və digər banklar, sığorta şirkətləri, beynəlxalq biznes qurumlarının yerli nümayəndəliklərində olublar.  

Bir neçə gün öncə keçirilən təntənəli təqdimat mərasimində proqram iştirakçılarına Londona biletlər təqdim olunub. Mərasimdə British Council təşkilatının  Azərbaycan üzrə direktoru Pol Klementson,  Paşa Bankın PR və marketinq departamentinin rəhbəri  Sona Abbasova proqram iştirakçıları təbrik edib, onlara bilet və pasportları təqdim ediblər. Cənab Klementson biznes jurnalistikasının  inkişafına yönələn bu layihənin gələcəkdə də davam etdiriləcəyini bildirib.

Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu