Modern.az

Koronavirus İranda bir sıra fəaliyyətləri dayandırdı

Koronavirus İranda bir sıra fəaliyyətləri dayandırdı

Dünya

4 Mart 2020, 21:21

İranda yeni koronavirusun yayılması ilə bir sıra fəaliyyətlər dayandırılıb və ya məhdudlaşdırılıb.

Modern.az "Trend"ə istinadən xəbər verir ki, Novruz bayramı günlərində İranın bir sıra vilayətlərində, o cümlədən İsfahan, Rəzəvi Xorasanı, Mazandaran və Farsda turist qəbulu qadağan edilib.

Bununla yanaşı, 7-dən 12 martadək İran banklarında iş saatı azaldılıb və 8:30-dan 12:30-dək təyin olunub.

6 martda İranın bütün vilayət mərkəzlərində cümə namazı ləğv olunub.

Qeyd edək ki, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi indiyədək 2 522 nəfərin yeni koronavirusa yoluxduğunu, 92 nəfərin dünyasını dəyişdiyini və 552 nəfərin sağaldığını təsdiqləyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular