Prezident İlham Əliyevin aprelin 12-də Qərb bölkəsinə səfəri zamanı bir neçə rayonlarda olub. Prezident Qazax, Ağıstafa və Tovuz rayonlarında bir sıra obyektlərin açılışında iştrak edib.
Modern.az saytı xəbər verir ki, Prezident İlham Əliyev aprelin 13-də Qazax rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Qazax Rayon İcra Hakimiyyətinə 2012-ci il dövlət büdcəsində nəzərdə tutulan Prezidentin ehtiyat fondundan 2,0 (iki) milyon manat vəsait ayırıb.
Prezident İlham Əliyev Ağstafa rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə də Ağstafa Rayon İcra Hakimiyyətinə 2012-ci il dövlət büdcəsində nəzərdə tutulan Prezidentin ehtiyat fondundan 2,0 (iki) milyon manat vəsait ayırıb.
Ölkə başçının digər sərəncamı ilə Tovuz rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Tovuz Rayon İcra Hakimiyyətinə 2012-ci il dövlət büdcəsində nəzərdə tutulan Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat vəsait ayrılıb.
Modern.az