Modern.az

Çində koronavirusdan ölənlərin sayı 3012 nəfərə çatıb

Çində koronavirusdan ölənlərin sayı 3012 nəfərə çatıb

5 Mart 2020, 07:47

Çində yeni koronavirus qurbanlarının sayı 3 012 nəfər təşkil edib, 52 mindən çox insan sağaldı, virusa yoluxmuş insanların sayı 80,4 min nəfəri keçib.

 

Modern.az-ın məlumatına görə, bu barədə Çinin Gigiyena və Səhiyyə məsələri üzrə Dövlət Komitəsi bildirib.

 

Martın 4-də Komitə 80,2 mindən çox yoluxmuş insanlar, 2981 ölən və 49,8 mindən çox sağalmış şəxs haqqında məlumat vermişdi. Gündəlik aşkar olunan yeni yoluxma hallarının sayı 20-yə artaraq 139-a çatıb, ötən gündə qeydə alınan ölüm hadisələrinin sayı yeddiyə azalaraq 31-ə çatıb. 2189 nəfər sağalaraq evə buraxılıb.

 

Yenilənmiş məlumatlara görə, ölkədə koronavirusdan rəsmi ölüm nisbəti bir gün əvvəl 3.71% əvəzinə 3.74% təşkil edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi