Modern.az

Bir gündə koronavirusdan 86 nəfər ölüb -Rəsmi

Bir gündə koronavirusdan 86 nəfər ölüb -Rəsmi

5 Mart 2020, 08:39

“Ötən gün dünyada 2223 nəfər koronavirusa yoluxub. Onlardan 120-si Çində qeydə alınıb”. 

 

Modern.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) çərşənbə günü yaydığı hesabtında bildirilib. 

 

Çindən kənarda ümumilikdə 2103 nəfərdə infeksiyaya yoluxma aşkarlanıb.

 

ÜST-ün məlumatına görə, dünyada cəmi 93,090 yoluxma hadisəsi təsdiqlənib. Bunlardan 80 422-si Çində, 12668-i isə xaricdədir. 

 

Hesabatda bildirilib ki, koronavirusa yoluxanlardan ümumilikdə Çində 2984 nəfər (gün ərzində 38), dünyada isə 214 nəfər (gün ərzində 48) dünyasını dəyişib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi