Modern.az

Mehriban Əliyeva "Fəxri professor" oldu - FOTOLAR

Mehriban Əliyeva "Fəxri professor" oldu - FOTOLAR

Təhsil

14 Aprel 2012, 09:47

Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya “İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru” Diplomu və Xatirə nişanı təqdim edilib. (AzərTAc)
Təntənəli təqdimat mərasimi Azərbaycanın birinci xanımının məzunu olduğu MDTU-da yerləşən Tibb Tarixi Muzeyinin binasında keçirilib. Əvvəlcə o, Tibb Tarixi Muzeyi ilə, buradakı eksponatlarla, o cümlədən səhiyyənin taixi ilə bağlı qədim əşyalarla tanış olub.
MDTU-nun rektoru, Rusiya Tibb Elmləri Akademiyasının müxbir üzvü, professor Pyotr Qlıboçko ali məktəbin kollektivi adından ali qonağı salamlayaraq qeyd edib ki, öz çoxsahəli fəaliyyətində Heydər Əliyev Fondu səhiyyə sahəsinə çox böyük diqqət yetirir. Universiteti 1988-ci ildə əla qiymətlərlə bitirmiş Mehriban Əliyeva ali məktəbin fəxridir və çox sevindirici haldır ki, o, bu gün də doğma elm ocağını unutmur, universitetlə əlaqə saxlayır, onun problemlərinə böyük diqqətlə yanaşır. P.Qlıboçko xüsusilə vurğulayıb ki, Elmi Şuranın yekdil qərarı ilə Mehriban Əliyevaya Fəxri professor adı verilib.
Sonra MDTU-nun prorektoru Pyotr Litvitski elmi adın verilməsi haqqında rəsmi sənədi oxuyub və Mehriban Əliyevanın müxtəlif beynəlxalq ictimai təşkilatlar tərəfindən layiqincə qiymətləndirilən çoxtərəfli fəaliyyətindən danışıb.
MDTU-nun rektoru Pyotr Qlıboçko Azərbaycanın birinci xanımına “İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru” diplomunu, Xatirə nişanını və professor mantiyasını təqdim edib.
Mehriban Əliyeva ona yüksək Fəxri professor adının verilməsinə görə ali məktəbin rəhbərliyinə, onun bütün professor-müəllim və elmi heyətinə dərin minnətdarlığını bildirib. O deybi: “Bu gün mən çox şadam ki, təkcə gənclik və tələbəlik illəri ilə deyil, həm də yeni dünyanın, yeni bilik aləminin açılması ilə, intellektual potensialın toplanması ilə yadda qalan öz ali məktəbimizdəyəm. Bu gün çox şey dəyişmişdir, dəyişməz qalan təkcə bir şeydir: bu ali məktəbin yüksək maarifçilik ruhu”.
M.Əliyeva çıxışında Heydər Əliyev Fondunun sosial və humanitar sahələri, təhsil və səhiyyə sahələrini əhatə edən fəaliyyətindən və onun əhəmiyyətindən ətraflı danışıb.
Mehriban Əliyeva keçən il dövlət müstəqilliyinin 20 illiyini qeyd etmiş müasir Azərbaycanın müvəffəqiyyətlərindən, bütün sahələrdə ölkənin sürətli inkişafından ətraflı söhbət açıb.
M.Əliyeva bildirib ki, bu gün ona “Birliyin ulduzları” dövlətlərarası mükafatı təqdim edilib və o, bu mükafatın pul hissəsini İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinə köçürməyi qərara alıb.





Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu