Gürcüstan parlamentinin sədri David Bakradze bəzi millət vəkillərini aylıq əmək haqqından məhrum edib. Modern.az bildirir ki, parlamentin başçısı bu qərarı deputatlar plenar iclasa gəlmədiyi və bunun bir sıra qanun layihəsi üzrə səsvermənin həyata keçirilməsinə mane olduğu üçün qəbul edib.
Belə ki, Məclisdə müzakirəyə çıxaarılmış qanun layihəsinin səsvermə prosesi 76 millət vəkilindən ibarət kvorum alınmadığından təxirə salınıbb. Tabloda 98 nəfərin qeydiyyatdan keçməsi yazlsa da, spiker iclasda millət vəkillərinin yetərli qədər olmadığından şübbhələnib. Bundan sonra Bakradze parlament nəzarətçilərinə səs vermiş millət vəkillərinin sayını dəqiqləşdirmək və adlarının siyahısını təşkil etmək əmri verib. Məlum ollub ki, tabloda olan rəqəm özünü doğrultmur.