Birləşmiş Millətlər Təşkilatının (BMT) eks-Baş katibi və tanınmış perulu diplomat Xavyer Peres de Kuelyar 100 yaşında vəfat edib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə onun oğlu Fransisko Peres de Kuelyar açıqlama verib.
Diplomatın ölüm səbəbini o açıqlamayıb. Xavyer Peres de Kuelyar 1920-ci il yanvarın 19-da Limada anadan olub.