Modern.az

Bayram Səfərov: “Ermənilərin nə həddi var ki...”

Bayram Səfərov: “Ermənilərin nə həddi var ki...”

Təhsil

14 Aprel 2012, 10:14

Şuşada hərbi paradın keçirilməsi fikrini səsləndirmək Ermənistanın növbəti təxribatıdı. Modern.az-ın məlumatına görə, bu sözləri “Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyinin sədri Bayram Səfərov Ermənistanın Şuşanın işğalı günü keçirmək istədikləri paradla bağlı xəbərə münasibət bildirərkən deyib.

B.Səfərov bildirib ki, ermənilərin elə bir güclü hərbi arsenalı yoxdur ki, hərbi parad da keçirsinlər.
”Ermənistanın özünün heç nəyi yoxdu. Ermənistan özü hansısa dövlətdən aslı olan bir ölkədi, demokratik dövlət deyil. Qarabağda nə hərbi parad ola bilər, bunların hamısı yalandı özlərindən uydurmadı. Onlar bunu deməlidirlər, çünki əllərindən başqa iş gəlmir”. B.Səfərovun sözlərinə görə, ermənilər bizim işğal altındakı torpalardan ancaq talan etmək, dağıtmaq məqsədilə istifadə edirlər.
”Çünki onlar bilirlər ki, biz azərbaycanlılar öz doğma  torpaqlarımıza qayıdacağıq.  

Ermənilər Azərbaycanın işğal olunmuş torpaqlarında azərbaycanlılarla birgə yaşaya bilərlər, ayrı yaşaya bilməzlər. Onlara o ixtiyarı, o hüququ Azərbaycan xalqı verməyəcək”.  

Mail Ağaxanov
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu