Modern.az

“Azəriqaz” Altıağacda baş verən yanğınla bağlı məlumat yayıb

“Azəriqaz” Altıağacda baş verən yanğınla bağlı məlumat yayıb

Təhsil

14 Aprel 2012, 10:28

“Azəriqaz” İstehsalat Birliyi “Altıağac-Ağsu” magistral qaz kəmərində baş vermiş qəza ilə bağlı məlumat yayıb.

Modern.az-ın verdiyi xəbərə görə məlumatda bildirilir ki, 13 aprel 2012-ci il tarixdə gecə saat 22:50-də 1200 mm-lik “Altıağac-Ağsu” magistral qaz kəmərində sızma və sonradan yanğın baş verib. Görülən tədbirlər nəticəsində kəmərlə qaz nəqli dayandırılaraq, yanğın söndürülüb. Hadisə nəticəsində Xızı rayonunun Altıağac qəsəbəsinə mavi yanacağın verilişi dayandırılıb.

Hal-hazırda alternativ magistral kəmərlə qaz nəql olunur. Qəza-bərpa işləri başa çatana qədər Altıağac qəsəbəsi qazsız qalacaq. Respublikanın digər yaşayış məntəqələrinin qazla təchizatında heç bir problem yoxdur.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu