Modern.az

Yeni parlament nə vaxt TOPLANIR?

Yeni parlament nə vaxt TOPLANIR?

Aktual

5 Mart 2020, 12:50

"Milli Məclisin yeni tərkibdə ilk iclasının vaxtı hələ məlum deyil".

 

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev deyib.

 

O qeyd edib ki, qanunvericiliyə əsasən, Konstitusiya Məhkəməsi seçkilərin nəticələrini təsdiq etdikdən sonra ilk iclas bir həftə ərzində keçirilməlidir:

 

“Bununla bağlı hələ qərarın verilməsini gözləyirik”.

 

S.Mirzəyev bildirib ki, Milli Məclisin yaz sessiyası qanunvericiliyə uyğun olaraq, mayın 31-i başa çatacaq.

 

Onun sözlərinə görə, əgər lazım olarsa, növbədənkənar iclaslar keçiriləcək:

 

“Bu təcrübə Milli Məlcisdə var”

Telegram
Hadisələri anında izləyin!
Keçid et