Modern.az

Bakıda koronavirus şübhəsilə karantində saxlanılan yoxdur - Yaqut Qarayeva

Bakıda koronavirus şübhəsilə karantində saxlanılan yoxdur - Yaqut Qarayeva

Aktual

5 Mart 2020, 13:00

"Bakı şəhərində karantində saxlanılan şəxs yoxdur".

 

Modern.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın üzvü, TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bildirib.

 

Y.Qarayeva qeyd edib ki, Bakı sakinləri arasında fərdi şəkildə yüksək hərartətlə 103-ə və ya Kliniki Tibbi Mərkəzə müraciət edirlər:

 

"Bu halda onlar müayinə olunur. İndiyədək Bakıdan edilən müraciətlərdə götürülən nümunələrin hamısı mənfi çıxıb. Ölkənin başqa regionlarında da vətəndaşlar yoluxma olduğunu öyrənmək üçün özləri müraciət edə bilər və karantinə alına bilər. Onların sayı azdır".

 

Y.Qarayevanın sözlərinə görə, koronavirusa yoluxmuş və ya karantində saxlanılan şəxslərə baxan tibb personalı bütün lazımi vasitələrlə təmin olunur:

 

"Tibb personalı özü də xəstələrlə təmasda olduğu üçün bütün lazımi gigiyenik qaydalara riayət edirlər. Dövlət tərəfindən kifayət qədər vəsait ayrılıb, onlar üçün lazım olan hər şey alınıb və alınacaq".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et