Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlunun Modern.az-a verdiyi məlumata görə, parlamentin aprelin 17-ə təyin olunmuş plenar iclası aprelin 20-ə keçirilib.
Gündəliyə çıxarılacaq məsələlərdə dəyişikliyin olub-olmamasına gəlincə isə mətbuat xidmətinin rəhbəri sadəcə vaxtın dəyişildiyini və gündəlikdə heç bir dəyişikliyin olmadığını bildirib.
Qeyd edək ki, Milli Məclisin növbəti plenar iclasında “Siyasi partiyalar haqqında”, “Ombudsmana əlavə səlahiyyətlərin verilməsi haqqında” qanun layihələri müzakirəyə çıxarılacaq.
Bundan əlavə, iclasda bir sıra qanunlara, “İnformasiya əldə etmək haqqında” qanuna, Cəzaların İcrası Məcəlləsinə, “Psixatriya yardımı haqqında” qanuna, Seçki Məcəlləsinə, İnzibati Prosessual Məcəlləyə xırda dəyişiklər ediləcəyi gözlənilir.
Aytən ƏLİYEVA