Modern.az

Bakıda və Regionlarda koronavirusla bağlı mərkəzlər yaradılacaq

Bakıda və Regionlarda koronavirusla bağlı mərkəzlər yaradılacaq

Aktual

5 Mart 2020, 13:24

Regionlarda və Bakı şəhərində koronavirusla bağlı ixtisaslaşmış mərkəzlər yaradılacaq.

 

Modern.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın üzvü, ölkənin baş infeksionisti Cəlal İsayev brifinqdə bildirib.

 

Onun sözlərinə görə, insanlarda xüsusi alqoritmlər yoxlanacaq:

 

“Lazım gəlsə və xəstəlik aşkar olunarsa həmin şəxslər karanatinə alınıb müalicə olunacaqlar. Xəstəliyin kliniki əlamətlər meydana çıxan halda istər Bakıda, istərsə də regionlarda həkimə müraciət etmək lazımdır".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et