Modern.az

Metroda sərnişinlərə maska satan şəxs saxlanıldı

Metroda sərnişinlərə maska satan şəxs saxlanıldı

Aktual

5 Mart 2020, 13:59

Bakı metrosunda sərnişinlərə tibbi maska satan şəxs saxlanılıb.

 

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Modern.az-a bildirib ki, hadisə ilə bağlı Metropolitendə Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhərində qeydiyyatda olan Mahir Kamalov məsuliyyətə cəlb edilib:

 

“Hələ mart ayının 3-də Bakı Metropolitenində Polis Şöbəsinin əməkdaşları sərnişin kimi metroya daxil olmuş şəxsin qanunla yol verilməyən fəaliyyətini müəyyən ediblər. Bununla bağlı operativ tədbir görülüb. Sumqayıt şəhərində qeydiyyatda olan Mahir Kamalov saxlanılaraq, qanunvericiliyin tələbinə uyğun qaydada müvafiq inzibati məsuliyyətə cəlb edilib”.

 

B.Məmmədov sərnişinlərə müraciət edib:

 

“Xahiş edirəm belə hallara yol verməsinlər və həmçinin fəal vətəndaş, ictimai, sərnişin mövqeyi nümayiş etdirsinlər. Çünki metropolitendən istifadə qaydaları sərnişinlərə bir sıra hüquqlar verir. Eyni zamanda istifadə qaydaları sərnişinlərin vəzifələrini də müəyyən edir. Elə bu videogörüntünün müəllifi də öz mövqeyini nümayiş etdirə, o cümlədən bir sərnişin kimi bununla bağlı radiorabitə vasitəsilə qatar maşinistinə, yaxud stansiyada metropoliten işçisinə və ya metro polisinə məlumat verə bilərdi.

 

Ən əvvəl, bütün sərnişinlərdən xahişim budur ki, metropolitendən istifadə qaydalarına riayət etsinlər”.

Whatsapp
Bizə yazın!
Keçid et