Modern.az

Cəhbədə vəziyyət gərginləşib

Cəhbədə vəziyyət gərginləşib

14 Aprel 2012, 11:02

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, ötən gün cəbhənin əksər istiqamətlərində atəşkəs rejimi yenidən pozulub. Belə ki, Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 13-də saat 10.40-dan 10.50-dək Füzuli rayonunun adsız yüksəkliklərdə yerləşən mövqelərdən; saat 12.25-dən 13.00-dək Daşkəsən rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 13.20-dən 13.25-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi, saat 14.45-dən 14.55-dək Xocavənd rayonunun adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 16.00-dan 16.30-dək Ermənistan Respublikasının İcevan rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Qaralar kəndində yerləşən mövqelərimizi, saat 16.10-dan 16.20-dək Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəllər kəndində yerləşən mövqelərimizi, saat 17.25-dən 17.31-dək Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Qoşa kəndində yerləşən mövqelərimizi, saat 18.35-dən 18.45-dək Ermənistan Respublikasının Berd rayonunun Ayqedzor kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində yerləşən mövqelərimizi, saat 23.55-dən 00.05-dək Füzuli rayonunun Horadiz kəndi yaxınlığında yerləşən mövqelərdən, aprelin 14-də saat 00.05-dən 00.15-dək Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 05.20-dən 05.30-dək Ağdam rayonunun Şıxlar kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 05.40-dan 05.45-dək Füzuli rayonunun Horadiz kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB