Modern.az

Çin İrana qarşı sanksiyaları dayandırmağa çağırdı - “Humanitar ruha ziddir”

Çin İrana qarşı sanksiyaları dayandırmağa çağırdı - “Humanitar ruha ziddir”

5 Mart 2020, 16:06

Çin hökuməti İrana qarşı sanksiyalar tətbiq edən ölkələri bu tədbirləri dayandırmağa çağırıb.

 

Modern.az xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Çjao Litszyan deyib.

 

Çin rəsmisi bildirib ki, İran hökuməti və xalqı virusla mübarizə apardığı zaman birtərəfli sanksiyaların davam etməsi vəziyyəti daha da kəskinləşdirəcək.

 

“Bu, həmçinin humanitar ruha ziddir. Çin epidemiya ilə mübarizədə maneələrin yaranmaması üçün İrana qarşı tətbiq olunan sanksiyaları dayandırmağa çağırır”, - deyə Çjao Litszyan bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi