Modern.az

Prezident səhiyyə nazirinə yeni müavin TƏYİN ETDİ

Prezident səhiyyə nazirinə yeni müavin TƏYİN ETDİ

Aktual

5 Mart 2020, 16:54

Səhiyyə Nazirliyində yeni təyinat olub.

 

Modern.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

 

Sərəncamla Viktor Qasımov Səhiyyə nazirinin müavini vəzifəsinə təyin edilib.

 

Bununla da Səhiyyə nazirinin müavinlərinin sayı 4-ə çatıb.

 

Qeyd edək ki, V.Qasımov bu təyinata qədər Səhiyyə Nazirliyinin Sanitariya-epidemioloji nəzarəti sektorunun müdiri vəzifəsində çalışıb.

Whatsapp
Bizə yazın!
Keçid et