Modern.az

İcra başçısı iki müavinini və şöbə müdirini işdən çıxardı

İcra başçısı iki müavinini və şöbə müdirini işdən çıxardı

Aktual

5 Mart 2020, 18:58

Hacıqabul rayon İcra Hakimiyyəti başçısının 2 müavini işdən çıxarılıb.

 

Modern.az APA-ya istinadən məlumat verir ki, bununla bağlı Hacıqabul rayon İcra Hakimiyyəti başçısı Rüstəm Xəlilov müvafiq əmr imzalayıb.

 

Əmrə əsasən, Hacıqabul rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Səmədov Əslan Əflan oğlu və müavini – İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Yunuslu Zeynab Nüsrət qızı, həmçinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri İbad Paşayev tutduqları vəzifədən azad ediliblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et