Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfəri başa çatıb.
Modern.az xəbər verir ki, türk lideri Vnukovo-2 hava limanında Rusiyanın bir sıra rəsmi şəxsləri yola salıb. Rəcəb Tayyib Ərdoğan yerli vaxtla 21:20-də “TC-TUR” xüsusi təyyarəsi ilə Moskvadan ayrılıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putini Türkiyə və Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 100 illiyi ilə əlaqədar Türkiyəyə səfərə dəvət edib: "Biz bu il diplomatik münasibətlərin qurulmasının 100 illiyini qeyd edirik. Bununla əlaqədar Prezident Putini ölkəmizə dəvət etmişik. Türkiyə və Rusiya münasibətlərinin tarixi uzunmüddətlidir. Ankara Moskva ilə əməkdaşlığı qarşılıqlı hörmət əsasında davam etdirmək istəyir".