Gürcüstanda daha 5 nəfər yeni növ koronavirusa yoluxub.
Modern.az "Trend"ə istinadən xəbər verir ki, bunu Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzin rəhbəri Amirin Qamkrelidze deyib.
Onun sözlərinə görə, ümumilikdə ölkədə yoluxma hallarının sayə 9-a çatıb.
Yeni yoluxma halları daha əvvəl koroanvirusa yoluxan şəxsin ailə üzvlərində qeydə alınıb. Onlar hamısı İtaliyadan qayıdıb.