Modern.az

Dünyada koronavirusa yoluxanların sayı 100 minə çatır

Dünyada koronavirusa yoluxanların sayı 100 minə çatır

6 Mart 2020, 08:37

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) gün ərzində dünyada 2241 yeni koronavirus infeksiyasına yoluxma halı qeydə alıb ki, onlardan 143-ü Çində müşahidə edilib.

 

Modern.az “TASS”-a istinadən xəbər verir ki, bu barədə ÜST-ün yaydığı açıqlamada deyilir. Beləliklə, Çindən kənarda 2098 nəfərdə virusa yoluxma halı qeydə alınıb.

 

Təşkilatın məlumatına görə, dünyada cəmi 95 333 yoluxma hadisəsi təsdiqlənib ki, bunlardan 80 565-i Çində, 14 768-i isə xaricdədir. Ümumilikdə, təşkilatın məlumatına görə, Çində 3015 nəfər (son 24 saat ərzində 31) və dünyada 267 (gün ərzində 53) yeni növ koronavirusun yaratdığı xəstəlikdən ölüb.

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi