Azərbaycan BMT Təhlükəsizlik Şurasının (TŞ) qeyri-daimi üzvi olduğu üçün Qarabağ münaqişəsinin həlli məsələsini hər zaman gündəmə gətirə bilər. Bu sözləri BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi, səfir Fikrət Akçura jurnalistlərə açıqlamasında deyib.
F.Akçura bildirib ki, bu iki il müddətində Azərbaycanın təşəbbüsü ilə BMT TŞ Qarabağ münaqişəsinin həlli məsələsini gündəmə gətirə bilər. Bu da daha çox Azərbaycanın təşəbbüsündən asılıdır. Səfir onu da bildirib ki, Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı qərarın qəbulu üçün BMT TŞ-nin daimi üzvü olan 5 ölkənin razılığı olmalıdır. BMT TŞ-nin münaqişə ilə bağlı 4 məlum qətnamənin olduğunu deyən səfir F.Akçura qeyd edib ki, ATƏT-in Minsk qrupu yaradılıb və 4 qətnamənin icrası məsələsi Minsk qrupuna həvalə olunub. Səfir F.Akçura qeyd edib ki, çox təəssüflər olsun münaqişə 20 ildir həllini tapmayır və ciddi irəliləyiş əldə olunmadığı üçün insanlar da bu məsələdə narahatdırlar.
Modern.az