Modern.az

Danimarka çempionatı da azarkeşsiz keçiriləcək

Danimarka çempionatı da azarkeşsiz keçiriləcək

Dünya

6 Mart 2020, 21:39

Futbol üzrə Danimarka çempionatının mart ayındakı oyunları azarkeşsiz keçiriləcək.

Modern.az xəbər verir ki, bu barədə Danimarka Futbol Liqaları Birliyi məlumat yayıb.

Bildirilib ki, hökumət 1 000 və daha çox insanın qatıldığı tədbirlərin yenidən planlaşdırılmalı olduğunu və ya ləğv edildiyini açıqlayıb.

Bu səbəbdən çempionatın matçları azarkeşsiz keçiriləcək. İştirakçıların sağlamlığı üçün heç bir təhlükə olmadığı təqdirdə qarşılaşmalar ləğv olunmayacaq.

Qeyd edək ki, Danimarkada koronavirusa 21 yoluxma halı aşkar olunub.

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular