Modern.az

İtaliyalı hakimlər avrokuboklara təyinat almayacaqlar

İtaliyalı hakimlər avrokuboklara təyinat almayacaqlar

Dünya

6 Mart 2020, 23:35

İtaliyalı hakimlər Çempionlar Liqası və Avropa Liqasının qarşıdakı oyunlarına təyinat almayacaqlar.

Modern.az xəbər verir ki, UEFA italyanlara avrokuboklarda matç həvalə etməmək qərarına gəlib.

Qərar koronavirus infeksiyasının həmin ölkədə sürətlə yayılması ilə əlaqədar olaraq verilib. Ötən həftə İtaliyanın 3 referisi - Daniele Orsato ("Real" - "Mançester Siti"), Marko Quida ("Espanyol" - "Vulverhempton") və Davide Massa ("Arsenal" - "Olimpiakos") avrokuboklarda oyun idarə edib.

Qeyd edək ki, İtaliyada artıq 4000-ə yaxın insan koronavirusa yoluxub, onlardan 148 nəfəri ölüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular