Modern.az saytı xəbər verir ki, bu gün 122 saylı Xankəndi seçki dairəsindən Milli Məclisinin deputatı Flora Qasımova xankəndli gənclərlə görüş keçirib.
Bu barədə saytımıza deputat məlumat verib.
Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatında keçirilən görüşdə deputat Flora Qasımova Qarabağ hadisələrinin, Xankəndi həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı görülən işlərdən söz açıb, bu istiqamətdə xankəndli gənclərin də üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb.
Gəncləri narahat edən problemlərlə maraqlanan deputat onların təkliflərini dinləyib, onlara tövsiyyələrini verib.
Modern.az