Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə aprelin 15-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 10-15 dərəcə isti, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı, cənub və qərb rayonlarında isə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15 dərəcə isti, gündüz 22-27 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə isti, gündüz 14-19 dərəcə isti təşkil edəcək.
Hava şəraitinin qısa icmalına gəlincə isə yaxın 2 gündə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, temperaturun ötən günlərə nisbətən yüksələcəyi gözlənilir. Mülayim cənub küləyi üstünlük təşkil edəcək.
Modern.az