Modern.az

“Neftçi”nin qapıçısına bu diaqnoz qoyuldu

“Neftçi”nin qapıçısına bu diaqnoz qoyuldu

Aktual

7 Mart 2020, 23:29

"Sabah” komandası ilə Azərbaycan Premyer Liqasının XX tur matçının ikinci hissəsində səhhəti pisləşərək əvəzlənən "Neftçi"nin qapıçısı Aqil Məmmədovun vəziyyətinə aydınlıq gəlib.

Modern.az-ın  klubun  rəsmi saytına istinadən verdiyi məlumata görə, stres nəticəsində yaranmış təngənəfəslik ilkin yardım göstərildikdən sonra da tam keçmədiyi üçün əvəzlənmiş qapıçı oyundan sonra tam müayinədən keçmək üçün klinikaya aparılıb. Fiziki və klinik müayinələrdən sonra stress fonunda əmələ gələn hipoksiya diaqnozu qoyulub. Həkimlərin rəyinə əsasən, hazırda qapıçının vəziyyəti stabildir və o, bir-iki günlük istirahətdən sonra məşqlərə qoşulacaq.

Qeyd edək ki, "Sabah"la oyun "Neftçi"nin qələbəsi ilə yekunlaşıb - 4:0.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et