İspaniya La Liqasının 27-ci turunda "Barselona" - "Real Soseydad" qarşılaşması baş tutub.
Modern.az xəbər verir ki, "Kamp Nou"da keçirilən oyunda azarkeşlər bir qol görüblər.
"Barselona" 81-ci dəqiqədə Lionel Messinin penaltidən vurduğu qolla qalib gəlib.
Bu Messinin cari mövsümdə La Liqada vurduğu 19-cu qol olub. O, hazırda İspaniya çempionatının bombardiridir.
Qeyd edək ki, aktivinə 3 xal yazan Barselona" 58 xalla turnir cədvəlində liderliyi ələ keçirib. Katalonların zirvədə qalıb-qalmayacağı sabah keçiriləcək "Real Betis"-"Real Madrid" oyunundan asılı olacaq.
Turan İSMAYIL