Modern.az

Dövlət Sosial Müdafiə Fondunun direktoru tənha ahıl qadınları evlərində ziyarət etdi

Dövlət Sosial Müdafiə Fondunun direktoru tənha ahıl qadınları evlərində ziyarət etdi

Aktual

8 Mart 2020, 09:36

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Himalay Məmişov tənha yaşayan və hazırda sosial-məişət xidməti göstərilən qadınların evlərinə gedərək, onlarla görüşüb.


Qurumdan Modern.az-a daxil olan məlumata görə, Bakı şəhər sakinləri 83 yaşlı Firuzə Bağırova və 77 yaşlı Tükəzban Əliyeva 8 Mart - Qadınlar günü münasibətilə nazirlik adından təbrik edilib, onlara hədiyyələr təqdim olunub.

 

Fond direktoru xanımlarla söhbət edərək, onların həyat şəraiti, qayğıları ilə maraqlanıb. Göstərilən sosial-məişət xidməti ilə bağlı onların rəyini öyrənib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et