Modern.az

Daşkəsəndə qaya uçqunu olub, evlər zədələnib - FOTOLAR

Daşkəsəndə qaya uçqunu olub, evlər zədələnib - FOTOLAR

Təhsil

14 Aprel 2012, 18:59

Daşkəsən rayonunun Bayan kəndində qaya sürüşməsi qeydə alınıb. Nəticədə yaxınlıqda yerləşən iki evə ciddi ziyan dəyib. Baş vermiş hadisə nəticəsində xöşbəxtlikdən insan tələfatı olmayıb.

Hadisə ötən gün axşam saatlarında baş verib. Belə ki, sıldırımlı qayalıqdan sürüşmə nəticəsində iri daşlar yolu kəsməklə yanaşı ərazidə mövcud olan 2 evə də ciddi ziyan vurub. Qayalar sürüşərək bir evin divarını, digər evin isə həyət hasarını uçurub. Sakinlərin sözlərinə görə, qayalıqların qoparaq evlərin üstünə aşmasına adıçəkilən ərazidən keçən yolda bir neçə gün bundan əvvəl aparılan işlər səbəb olub. Kəndin qəbristanlığına gedən yolun bu qayalığın yanından keçməsi və ərazidə ağır texnikaların işləməsi qayalıqda titrəyişlərə səbəb olub.
Hadisə yerinə Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev və digər rayon rəsmiləri baş çəkərək, zərəçəkmişlərlə görüşüb. İcra başçısı baş vermiş təbii fəlakətin tezliklə aradan qaldırılacağının bildirib.
Əhəd Abıyev:  “Bu hadisə barəsində Fövqəldə Hallar Nazirliyinə həm rəsmi məktubla, həm də zəng edərək rəsmi şəkildə bildirimişik. Qısa müddətdə bu vətəndaşlara və evlərinə dəyən ziyan ödəniləcək. Hələik o ailəni oradan müvəqqəti olaraq köçürürük və həmin evlərdə bərpa işləri aparacağıq”.
Əhəd Abıyev Bayanda kənd camaatı ilə görüşərək onları baş vermiş təbii fəlakətlə əlaqədar olaraq ehtiyatlı olamağa çağırıb. Belə ki, adıçəkilən kənddə evlərin qayalıqda yerləşməsi sakinləri hər an bu kimi fəlakətlərlə üz-üzə qoyur. Qeyd edək ki, qaya sürüşmələri Daşkəsən rayonunun tək Bayan kəndində deyil, başqa yaşayış massivlərində tez-tez müşahidə edilir.


Modern.az  
Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu