Modern.az

İtaliyanın şimalında giriş-çıxış məhdudlaşdırıldı: Koronavirusa görə

İtaliyanın şimalında giriş-çıxış məhdudlaşdırıldı: Koronavirusa görə

8 Mart 2020, 10:22

İtaliya Baş naziri Cüzeppe Konte, dünən gecə, koronavirusun yayılması ilə bağlı Lombardiya və  daha 14 əyalətin ərazisinə giriş və çıxış üçün məhdudiyyətlər qoyan sərəncam imzalayıb.

 

Modern.az-ın  “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, sərəncam ölkənin Emilia-Romagna, Marche, Piedmont, Veneto (Venesiya daxil olmaqla) bölgələrini də əhatə edir.  

 

Həmin ərazilərə yalnız müstəsna hallarda, nəzarət altında daxil olmaq və çıxmaq mümkün olacaq mümkün olacaq. Eyni zamanda muzeylər və qalereyalara giriş, mədəni tədbirlər də məhdudlaşdırılıb. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi