Modern.az

Pakistanda güclü yağışlar 17 can aldı

Pakistanda güclü yağışlar 17 can aldı

Dünya

8 Mart 2020, 10:42

Pakistanın şimal-qərbindəki Xayber Paxtunxva əyalətində yağan güclü yağışlar nəticəsində 17 nəfər ölüb, 37 nəfər yaralanıb.

 

Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə əyalətdə təbii fəlakətlərin fəsadlarının aradan qaldırılması üzrə idarə məlumat yayıb.

 

Yerli hakimiyyət orqanlarının bildirdiyinə görə, ölənlərin arasında üç qadın və 14 uşaq da var, 27 uşaq isə xəsarət alıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi