Modern.az

Gürcüstanlı soydaşımız "Qalatasaray"da  oynayacaq

Gürcüstanlı soydaşımız

Aktual

8 Mart 2020, 11:16

Marneulidə fəaliyyət göstərən “Gənclik” futbol məktəbinin yetirməsi İlkin Əhmədov Türkiyənin aparıcı kulublarından biri olan “Qalatasaray” futbol klubunun 18 yaşlılardan ibarət komandasına dəvət alıb. 

 

Modern.az xəbər verir ki, bu barədə  “Gənclik” futbol məktəbinin baş məşqçisi Əhməd İsmayılov Marneuli radiosuna müsahibəsində deyib.

 

Onun sözlərinə görə, İlkin Əhmədov 2011-ci ildən “Gənclik” futbol məktəbinə üzv olub və bu günə qədər isə ölkə çempionatlarında iştirak edib. Əhməd İsmayılov onu da bildirdi ki, İlkin 2019-cu ilin sonlarında Türkiyənin “Bursaspor” klubuna transfer edilibmiş.

 

“Gənclik” futbol məktəbinin baş məşqçisinin  sözlərinə görə, Kirəc-Muğanlıdan Kərimov Nail, Algetidən Ramazanov İsmət və Marneulidən Vəliyev Kazım mart ayında Türkiyənin “Sivasspor” futbol klubunun gənclər yığmasına transfer ediləcək.

Huncay Mete

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et