Modern.az

Koronavirus dünya iqtisadiyyatına 2,7 trilyon dollara başa gələ bilər

Koronavirus dünya iqtisadiyyatına 2,7 trilyon dollara başa gələ bilər

Aktual

8 Mart 2020, 12:02

Koronavirusunun yayılmasına görə, dünya iqtisadiyyatı 2,7 trilyon ABŞ dollarına qədər (2.38 trilyon avro dəyərində) itirə bilər.

 

Modern.az Bloomberg agentliyinə istinadən bildirir ki, bu məlumatları agentliyin mütəxəssisləri açıqlayıb. 

 

Tədqiqatçılar bu xəstəliyin iqtisadiyyata təsir ssenarilərini göstəriblər.

 

Bildirilir ki, əgər xəstəliyin yayıldığı yer, Çin hakimiyyəti prosesləri nəzarət altına alsa və ilin ikinci rübündə virusun ölkə iqtisadiyyatında yaratdığı fəsadlarla mübarizə apara bilsə, dünya iqtisadiyyatına dəyən zərər əhəmiyyətsiz olacaq.

Whatsapp
Bizə yazın!
Keçid et