Modern.az

Taekvondo üzrə Azərbaycan yığması Niderlandda 7 medal qazandı   

Taekvondo üzrə Azərbaycan yığması Niderlandda 7 medal qazandı   

Aktual

8 Mart 2020, 12:36

Niderlandın Eyndhoven şəhərində keçirilən taekvondo üzrə “Dutch Open” beynəlxalq turniri başa çatıb. Yarışda iştirak edən taekvondo üzrə Azərbaycan yığma komandası G1 kateqoriyalı 7 (dörd qızıl, iki gümüş və bir bürünc) medal qazanıb.

 

Modern.az  xəbərə verir ki, 47-ci ənənəvi Niderland açıq çempionatında komandamızın üzvlərindən Qaşım Maqomedov (58 kiloqram), Milad Beigi (80 kiloqram), Radik İsayev (87 kiloqramdan yuxarı) və Fəridə Əzizova (67 kiloqram) turnirin qalibi olublar.

 

İdmançılarımızdan Cavad Ağayev (68 kiloqram) və Payam Qobadi Oğaz (87 kiloqram) isə yalnız finalda məğlub olaraq gümüş medal qazanıblar. Bəhruz Quluzadə (54 kiloqram) yarışı yarımfinal mərhələsində başa vurub.

 

Baş məşqçilər Reza Mehmandoust və Elnur Amanovun rəhbərliyi ilə komandamız martın 14-15-də Belçikanın Lommel şəhərində keçiriləcək G2 kateqoriyalı açıq çempionata qatılacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et