Bu gün ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə Masallı rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev tutduğu postdan uzaqlaşdırılıb.
Prezidentin digər sərəncamı ilə o, bundan sonra Astaranın icra başçısı olaraq fəaliyyətini davam etdirəcək.
Modern.az saytına açıqlama verən Qəzənfər Ağayev aprelin 14-də Masallıda vida görüşü keçirdiyini bildirib.
O, qeyd edib ki, Prezidentin sərəncamına hər hansı şərh verə bilməz və fəaliyyətini sərəncama uyğun olaraq da davam etdirəcək.
Modern.az