Modern.az

 Naftalanda kütləvi dezinfeksiya işləri aparılır

 Naftalanda kütləvi dezinfeksiya işləri aparılır

Aktual

8 Mart 2020, 14:48

Naftalan şəhərində mütəmadi olaraq həyata keçirilən geniş miqyaslı tədbirlər sırasında ərazinin sanitar vəziyyətinin yaxşılaşdırılması, əhalinin sağlamlığının qorunması, yoluxucu xəstəliklərə qarşı profilaktik tədbirlərin görülməsi vacib yer tutur. Eyni zamanda turistlərin çox olduğu üçün həmdə ictimai yerlərdə dezinfeksiya işləri mütəmadi olaraq aparılır.  

 

Modern.az-ın xəbərinə görə, Şəhər  ərazisində yerləşən bütün idarə, müəssisə, təşkilat və təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə Şəhər icra Hakimiyyətinin təşkilatçılığı ilə  şəhər Gigiyena və Epidemiologiya Mərkəzi və Dezenfeksiya idarəsi tərəfindən  genişmiqyaslı profilaktik tədbirlər həyata keçirilir.     

 

Həmçinin şəhərin ərazidəki konteyner meydançalarında yoluxucu xəstəliklərin profilaktikası məqsədi ilə gəmiricilərə, həşəratlara və xəstəlik törədən mikroorqanizmlərə qarşı birdəfəlik kütləvi deratizasiya, dezinseksiya və dezinfeksiya işləri aparılır.
Kütləvi tədbirlərin aparılması zamanı təhlükəsizlik qaydalarına tam əməl olunur.

 

Şəhərdə fəaliyyət göstərən  tam orta  məktəblərdə, məktəbəqədər təhsil müəssisəsində, Uşaq  musiq məktəbində, Uşaq Gənclər İdaman  məktəbində dezinfeksiya işləri başa çatdırılıb. O cümlədən sanatoriyalarda və digər təşkilatlarda işlər davam etdirilir.

Twitter
Sizə yeni tvit var
Keçid et