Martın 8-də Argentinanın “Boka Xuniors” klubu ölkə çempionu adını qazanıb.
Modern.az xəbər verir ki, klub tarixində 34-cü dəfə çempionluğunu qeyd edib. “Boka Xuniors” öz meydanında “Ximnasiya Esqrima” klubunu 1:0 hesabı ilə məğlub edərək sona iki tur qalmış Argentina çempionu olub. Oyunda yeganə qolu 73-cü dəqiqədə Karlos Tevez vurub.
Buenos Ayres təmsilçisinin turnir cədvəlindəki əsas rəqibi “River Pleyt” isə paralel keçən matçda “Atletiko Tukuman”la heç-heçə edib (1:1).