Modern.az

Banqladeşdə ilk dəfə 3 nəfər koronavirusa yoluxdu

Banqladeşdə ilk dəfə 3 nəfər koronavirusa yoluxdu

Dünya

8 Mart 2020, 16:04

Banqladeşdə ilk dəfə yeni tip koronavirusa (Covid-19) yoluxma halları aşkarlanıb.

 

Modern.az-ın  “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Banqladeş Epidmiologiya, Xəstəliklərlə Mübarizə və Tədqiqat İnstitutunun direktoru Meercadi Sabrina Flora bildirib ki, 3 nəfərin koronavirusa yoluxduğu təsdiqlənib.

 

Virusa yoluxanlardan ikisi bir ailənin üzvləridir, bir müddət əvvəl İtaliyadan qayıdıblar. Üçüncü şəxs də məhz bu insanlarla ünsiyyətdə olub.

 

Koronavirusa yoluxanlar 20-35 yaşlı şəxslərdir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi