Modern.az

Osmanlı sultanının saatı hərracda 1,1 milyona satıldı

Osmanlı sultanının saatı hərracda 1,1 milyona satıldı

8 Mart 2020, 16:31

İstanbulda Osmanlı dövrünə məxsus olan qiymətli əşya və əsərlərin hərracı keçirilib.

 

Modern.az  "DHA"ya istinadla xəbər verir ki, hərracda satışa çıxarılan əşyalar arasında Osmanlı sultanı İkinci Əbdülhəmidə məxsus qızıl saat xüsusi fərqlənib. İlkin dəəri 180 min lirə müəyyən edilən saat açıq hərracın yekununda 1 milyon 100 min lirəyə satılıb.

 

Saatı alan şəxsin Türkiyədəki böyük holdinqlərdən birinin rəhbəri olan Sebahettin Yıldızın olduğu məlum olub.

 

Qeyd edək ki, sultana özəl hazırlanmış “Edward Prior” markalı qızıl cib saatı ilə yanaşı hərracda daha 300 qiymətli əşya satışa təqdim edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi