Modern.az

İtaliyada futbolçu matç zamanı öldü - VİDEO

İtaliyada futbolçu matç zamanı öldü - VİDEO

15 Aprel 2012, 07:28

İngiltərə Premier Liqasında oyun zamanı infarkt keçirən Fabrice Muambadan sonra kədərli bir xəbər də İtaliyadan gəlib.

Seriya B komandaları Pescara və Livorno arasında keçirilən oyun zamanı, ürəyi dayanan gənc futbolçu Piermario Morosini həyatını itirib.

Modern.az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Pescara-Livorno komandalarının qarşı-qarşıya gəldiyi matçın 31-ci dəqiqəsində qəfldən yerə yıxılan futbolçu meydançada ürək masajı edilməsinə baxmayaraq ürəyi dayandığı aydın olub. Livorno klubunun 25 yaşındakı orta sahə oyunçusu Morosiniyə xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq onu həyata qaytarmq mümkün olmayıb.

Morosinin sahə içində pisləşdiyini görən komanda yoldaşları gözyaşlarına hakim ola bilməyiblər, dua etməyə başlayıblar. Bundan sonra klub həkiminin xəstəxana qarşısında futbolçunun ölüm xəbərini deməsi, komanda yoldaşları və yaxınlarını çaşdırıb.

İtaliya Futbol Federasiyası (FIGC) Morosininin ölümünü nəzərə alaraq, bu həftə sonu nəzərdə tutlan liqa matçlarının təxirə salıb. Belə ki, Seria A-nin 33-cü həftəsinin açılış matçı olan Milan-Cenoa qarşılaşması da gələn acı xəbər üzündən başlamadan dayandırılıb.

Morosininin yerə yıxılmasından sonra Pescara Stadionuna girməyə çalışan təcili yardımın, giriş yolunun önünə dayanan maşınların çıxması üzündən ambulans meyadan girməyə gecikib.. Xilasetmə qruplarının müdaxiləsi nəticəsində təcili yardım stadiona girməyi bacarıb. Təcili yardımın sahəyə gec girməsilə bağlı istintaq başladıldığı bildirilib.

Beynəlxalq Futbol Federasiyaları Birliyi (FIFA) Başçısı Zepp Blatter ictimai paylaşma saytı Twitterdəki rəsmi hesabından İtalyan dilində etdiyi şərhdə, "Yalnız gözyaşı. Piermario Morosininin ölümünü eşidəndə bunu hiss etdim. Başqa söyləyəcək şey tapa bilmirəm. Futbol azarkeşləri üçün böyük bir acı. Müəyyən şərtlər səbəbiylə ailəsinə yaxın deyiləm, amma onlara başsağlığımı bildirirəm” deyə fikirlərini tamamlayıb.



Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu