Modern.az

Koronavirusdan ölümə görə bu Avropa ölkəsi dünyada birincidir

Koronavirusdan ölümə görə bu Avropa ölkəsi dünyada birincidir

Aktual

8 Mart 2020, 23:42

İtaliya koronavirusdan ölüm nisbətinə görə dünyada birinci yerə yüksəlib. Belə ki, ölkədə virusa yoluxan hər 20-ci şəxs dünyasını dəyişib.

Modern.az "Report"a  istinadən xəbər verir ki, bu barədə “RİA Novosti”nin hazırladığı statistik xülasədə qeyd olunub.

Bazar günü ( 8 mart - Red) İtaliyada koronavirusdan ölənlərin sayı kəskin şəkildə artıb - 366 nəfər (yoluxmuş 7 300 nəfərdən 4.96%).

Ölüm nisbəti üzrə ikinci yerdə İran (2,96%), üçüncü yerdə isə Çin (3,83%) qərarlaşıb.

Koronavirusdan ən aşağı ölüm nisbəti Cənubi Koreyadır. Burada yoluxanların 0.68% -i dünyasını dəyişib.  

Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 100-dən çox ölkədə qeydə alınıb.


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et