Mingəçevirdə məcburi köçkünlərin məskunlaşdığı turist bazasında yanğın tam söndürülüb.
Modern.az APA-ya istinadən xəbər verir ki, yanğın zamanı xəsarət alan olmayıb. Lakin bazaya bitişik 72 saylı tam orta məktəbin köməkçi binası kimi istifadə olunan hissəsi yanaraq yararsız vəziyyətə düşüb.